“Məhəbbətlə doğulmuşam” adlı konsert keçirilib

“Məhəbbətlə doğulmuşam” adlı konsert keçirilib

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti - 100” silsiləsindən “Məhəbbətlə doğulmuşam” adlı konserti keçirilib. SİA-nın məlumatına görə, Niyazi mənzil muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış edib, qonaqları salamlayıb.

Konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, London Musiqi Akademiyasının LRSM lisenziyasını qazanmış solisti, Respublika müsabiqələri laureatı Vüsalə Yusif Əmirbəyova və vokalçı, musiqişünas Sevinc İbrahimova görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Niyazi, Əşrəf Abbasov, Ədilə Hüseynzadə, gənc bəstəkar, Beynəlxalq Müsabiqələr laureatı Xədicə Zeynalovanın vətənpərvərlik ruhlu əsərlərindən ibarət proqramla çıxış ediblər.

Sonda Sevinc İbrahimova Azərbaycan bayrağına və Azərbaycan Xalq Cümhuriyyətinə həsr etdiyi müəllif mahnılarını oxuyub.

Bütün xəbərlər Facebook səhifəmizdə