Gəncə Teatrı Gürcüstanda beynəlxalq festivalında iştirak edəcək
Gəncə Dövlət Dram Teatrı Gürcüstanda keçirilən Nodar Dumbadze adına II Beynəlxalq Teatr Festivalında iştirak edəcək. SİA-nın məlumatına görə, festival iyulun 5-dən 14-dək Gürcüstanın Quriya diyarının Çoxatauri Mədəniyyət Sarayında keçiriləcək. Festivala Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyanın teatr truppaları qatılacaq. Festival Nodar Dumbadzenin 90 illiyinə və Gürcüstanın Ozurget teatrının yaranmasının 150 illik yubileyinə həsr olunub.
Tədbirdə Nodar Dumbadzenin səhnələşdirilmiş əsərlərini 13 teatr nümayiş etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB