Azərbaycanlı bəstəkarlar müsabiqədə qalib olublar FOTOLAR

Azərbaycanlı bəstəkarlar müsabiqədə qalib olublar FOTOLAR

Ukraynada “British Council” və Dovjenko kino mərkəzinin dəstəyi ilə kino bəstəkarları üçün müsabiqə keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildirilib ki, “Envision Sounds” adlanan müsabiqəyə MDB ölkələrindən 50-yə yaxın bəstəkar müraciət edib və qaliblər arasında 13 azərbaycanlı bəstəkar da var. Qaliblər xüsusi təhsil və inkişaf proqramında ıştirak edəcəklər.

Beş bəstəkar Ukraynanın Kiyev və Odessa şəhərlərində keçirilən 8-ci “Səssiz gecələr” festivalına dəvət alıb. Həmyerlimiz Azər Hacıəsgərli də onların sırasındadır. Həmyerlimiz britaniyalı rejissor Entoni Askvitin 1928-ci ildə çəkdiyi “Yeraltı” filminə musiqi yazmaqla ona yeni nəfəs verib.

Film tamaşaçılara təqdim olunub və alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə