Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən, müxtəlif beynəlxalq incəsənət festivallarında ölkəmizi uğurla təmsil edən “Günay” uşaq studiyası bu ilki mövsümü bağlı elan edib. SİA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə rusdilli uşaqlardan ibarət studiyanın üzvləri teatrlaşdırılmış rəqs nömrələri nümayiş etdirərək ilə yekun vurublar.
Bağlanış mərasimində Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Əməkdar Artist İntiqam Soltan studiyanın rəhbəri Larisa Tarusovanı, xoreoqraf Günəş Talıbovanı və fəal iştirakçıları fəxri fərmanla təltif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB