Milli Kitabxanada “Cəlal Əliyev-90” adlı sərgi açılıb

Milli Kitabxanada “Cəlal Əliyev-90” adlı sərgi açılıb

İyunun 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli alim, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə “Cəlal Əliyev-90” adlı kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə alimin Azərbaycan və xarici dillərdə kitabları, redaktoru, məsləhətçisi, tərtibçisi olduğu, “ön söz” yazdığı və haqqında olan kitablar, dövri mətbuat materialları yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə