“Sahə” bədii filminin təqdimatı keçiriləcək- FOTO

“Sahə” bədii filminin təqdimatı keçiriləcək- FOTO
Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Nərimanfilm" kinostudiyasında çəkilən "Sahə" bədii filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, filmin istehsalında bir neçə ölkənin – Azərbaycan, Gürcüstan, Fransa və digər kino şirkətləri iştirak edib. Film insanlar arasında münasibətləri mistik şəkildə təsvir edir.

Filmin ssenari müəllifi və rejissoru İlqar Safat, operatorları Vako Karçxadze (Gürcüstan), Konstantin Esadze (Gürcüstan), quruluşçu rəssamı Rəna Əfəndi, bəstəkarı Andrey Doynikovdur (Rusiya).

Baş rollarda Zaza Bejaşvili (Gürcüstan), Melis Papel (Fransa), Vaqif İbrahimoğlu, Məmməd Səfa, Debora Kidd (ABŞ), Nina Rakova (Rusiya) və başqaları çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə