“CinemaPlus Azerbaijan” kinoteatrında “Döngə” sənədli filminin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, film “ƏSA” teatrı və onun əməkdaşlarının fəaliyyəti, həyatları barədə əhvalatlardan bəhs edir.
Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevadır. Ekran işində qəhrəmanlar öz həyat hekayələri, məşğuliyyət və maraq dairələri barədə tamaşaçılara məlumat verirlər. Rejissor, eyni zamanda, insanlara biganə yanaşmamağa və fərqləri deyil, istedadları görməyə çağırır. O, həmçinin fiziki məhdudiyyətli insanların cəmiyyətə mesajlarını film vasitəsilə çatdırmağa çalışıb.
Xatırladaq ki, “ƏSA” teatrı əlilliyi olan və olmayan insanların birlikdə çıxış etdikləri ilk teatrdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB