Mədəniyyət və turizm naziri: “Heç kəs Alban xaç daşlarına iddia qaldıra bilməz”
"Bizi narahat edən məsələlərdən biri də Ermənistan tərəfindən "Erməni xaç daşları" nominasiyasının Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri maddi-mədəni irs komissiyasında sürülməsi idi". SİA-nın məlumatına görə, bunu açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
"Azərbaycanda yerləşən bu cür tarixi abidələr, müxtəlif binaların üzərində həkk olunan bu xaçlar Azərbaycanın qədim tarixinə və burada məskunlaşan, vaxtı ilə böyük dövlət olan Alban xalqına xas olan nümunələridir. Bizi o məsələ narahat edirdi ki, bu nümunə siyahıya Ermənistanın mədəniyyət nümunələri adı altında daxil olacaqdı. Buna görə də, Bakının elmi ictimaiyyəti, Azərbaycan diasporunun və dövlət orqanlarının ciddi etirazları nəticəsində YUNESKO-nun baş katibliyi və komissiyanın üzvləri bu məsələyə həssaslıqla yanaşdılar. Bu nominasiya siyahıya başqa adla daxil oldu. Xaç daşları altında daxil olub, ancaq Ermənistanda və ermənilərə məxsus incəsənət növü kimi. Ancaq biz imkan vermədik ki, bu nominasiya siyahıya "Alban xaç daşları" adı altında daxil olsun. Bu isə o deməkdir ki, heç kəs Alban xaç daşlarına iddia qaldıra bilməz. Erməni tərəfi də bu addıma hazır olub və Azərbaycana məxsus olan heç bir abidəyə toxunmayacağını bildirib və siyahıya daxil olublar", - deyə nazir vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB