“Qafqaz qartalının uçuşu” filmi Bakı izləyicilərinin ixtiyarına veriləcək- FOTO

“Qafqaz qartalının uçuşu” filmi Bakı izləyicilərinin ixtiyarına veriləcək- FOTO
Noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində "Qafqaz qartalının uçuşu" filmi Bakı izləyicilərinin ixtiyarına veriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

İlk baxışda filmin yaradıcı qrup üzvləri, o cümlədən rusiyalı qonaqlar da iştirak edəcəklər.

Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüserləri Böyükağa Məmmədov və Vladimir Bajindir.

Məlumat üçün bildirək ki, "Salnamə" və Sankt-Peterburqun "Lennauçfilm" studiyalarının ilə birgə istehsal etdikləri "Qafqaz qartalının uçuşu" sənədli filmi II Dünya Müharibəsi illərində Leninqradın müdafiəsi zamanı qəhrəmancasına döyüşən hərbi pilot Hüseynbala Əliyevə həsr olunub.

Qeyd edək ki, bir müddət əvvəl Sankt-Peterburqda filmin təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə