“Neft və mədəniyyət – xalqın sərvəti kimi” birgə beynəlxalq konfransının rəsmi açılış mərasimi keçirilib - FOTO
Bu gün Muzey Mərkəzində "Neft və mədəniyyət – xalqın sərvəti kimi" birgə beynəlxalq konfransının rəsmi açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, konfransda tədbirlə əlaqədar Rusiyanın tanınmış neft sənaye şirkətlərinin və müvafiq elmi qurumlarının nümayəndələri ilə yanaşı Rusiya Dövlət Dumasının deputatları da iştirak edib. Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və Memarlıq və İncəsənət İnstitutu, habelə Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də konfransa qatılıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədələt Vəliyev bildirib ki, bu gün Azərbaycan mədəniyyətinin inkişafında yeraltı sərvətlərdən neft faktoru bilavasitə mədəniyyətin tanıdılmasında, inkişaf etdirilməsində əvəzedilmıəz rol oynayır. Onun sözlərinə görə, ümumilikdə neftlə mədəniyyətin birbaşa gözəgörünən körpüsü haqqında yox, gözəgörünməyən, əslində xalqın rifahının yüksəldilməsində, dövlətin iqtisadi marağının gücləndirilməsində əvəzsiz rolu olan neft sonluqda bütövlükdə dövlətin, mədəniyyətin baxış bucağının dönməsi, dövlətin mədəniyyətə münasibəti məsələsində özünü göstərir. Heç də təsadüfü deyil ki, sentyabrdan bu vaxta kimi bu günə kimi ölkədə mədəniyyət və incəsənət sahəsində bir sıra beynəlxalq tədbirlər, konfranslar keçirilib: "Bu da ölkə başçısı İlham Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğının bariz göstəricidir. Neft və neftdən gələn gəlirlərin iqtisadiyyata gətirdiyi kapital axını mədəniyyətin güclənməsi və beynəlxalq tədbirlərin uğurla həyata keçirilməsinə səbəb olub".
Tədbirin sonunda iştirakçılar tərəfindən bəyannamə də qəbul olunub. Bəyannamənin mahiyyəti müasir dövrdə mədəniyyət siyasətinin aktuallığının təsbitinə, habelə biznes dairələrinin mədəniyyətə və yaradıcılıq təşəbbüsünə dəstək və diqqətinin artırılmasına dair çağırışdan ibarətdir. Bəyannamə Azərbaycan və Rusiyanın tanınmış çap mətbu orqanlarında nəşr olunacaq.
Qeyd edək ki, konfrans Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2009-2010-cu illər üzrə Proqram çərçivəsində həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB