Şabranda "İşıqlı İlmələr" adlı tədbir keçirilib FOTOLAR

Şabranda "İşıqlı İlmələr" adlı tədbir keçirilib FOTOLAR

UNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezenatativ Siyahısı"na daxil olan Azərbaycan xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədi ilə Şabran Tarix Diyarşünaslıq Muzeyində "İşıqlı İlmələr" adlı tədbir keçirilib. SİA-nın məumatına görə, tədbirdə Şabran şəhər 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Mədəniyyət Mərkəzinin, Mərkəzləşdirilmiş Kitbxana Sisteminin, Poeziya Evinin əməkdaşları iştirak ediblər. Tədbirdə xalça sənətinin inkişafından, dünya muzeylərində və xarici rəssamlarının əsərlərində Azərbaycan xalçası, Qədim Şabran xalçaları mövzusunda danışılıb.

"Xalça Haqqında Dastan" adlı sənədli filmi və Şabran xalçaları slaydı nümayiş etdirilib. Tədbirin sonunda "Qızıl Əllər" adlı sərgiyə baxış və xatirə şəkilləri çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə