Londonda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunan foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı olacaq - FOTO

Londonda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunan foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı olacaq - FOTO
Noyabrın 25-də Londonda dünyanın ən məşhur auksion evlərinin biri - Sotheby auksionunda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunan foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı olacaq. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verib.

Məlumata görə, sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən foto-sənədlər bədii və rəqəmsal şəkildə nümayiş etdiriləcək. Sərginin ikinci dəfə Londonda nümayişi Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü və təşkilatı dəstəyi ilə həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, təşkilati dəstək Mədəniyyət və Turizm Nazirliyi, "Statoil-Abşeron" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Layihənin müəllifləri Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır.

Qeyd edək ki, sərgi dekabr ayında Nobellərin vətəni Stockholmda Nobel mükafatının verilməsi ərəfəsində də nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə