Fərhad Əliyevin fərdi sərgisi açılıb

Fərhad Əliyevin fərdi sərgisi açılıb

Xətai Sənət Mərkəzində tanınmış rəssam Fərhad Əliyevin fərdi sərgisi açılıb. Mərkəzdən SİA-ya bildirilib ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Gəncə Regional Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan sərgi “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə həsr olunub. Açılış mərasimində çıxış edən Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov rəssamın üçüncü sərgisinin keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Cümhuriyyətin 100 illiyi çərçivəsində reallaşan sərgidə Fərhad Əliyevin əsərlərinin sərgilənməsi xüsusi önəm daşıyır: “Fərhad müəllim Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətində xidmətləri olan Nağı Şeyxzamanovun nəslindəndir. Sərgidə rəssamın müxtəlif mövzuda 40-dan çox əsəri yer alıb. Fırça ustasının öz qeyri-adi üslubu ilə yaratdığı əsərlər hər zaman maraqla qarşılanıb”.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə