Bu gün Azərbaycan Dövlət Film Fondunda kinorejissor Rasim Ocaqovun xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək bildirib ki, yaşadaydı bu gün dünya şöhrətli sənətkar Rasim Ocaqovun 77 yaşı tamam olacaqdı: "Onun çəkdiyi filmlər hal-hazırda insanların yaddaşında silinməz izlər buraxıb. Həftə ərzində onun filmləri Fondda nümayiş olunacaq. O, hər zaman bizim qəlbimizdə yaşayır".
YUĞ teatrının aktrisası, Rasim Ocaqovun "Ölsəm bağışla" filmindəki baş rollardan birinin ifaçısı Gülzar Qurbanova vurğulayıb ki, mən kinoda bəxti gətirən insanam ki, belə bir kinorejissorun filminə çəkilmişəm. Bu da mənə aktrisa həyatımda uğur gətirib. "Ölsəm bağışla" filmi 1991-ci ildə "Ən yaxşı qadın roluna görə" Aşqabadda mükafata layiq görülüb. R.Ocaqov kinorejissor olmaqla yanaşı, həmçinin bir operator kimi də yaradıcılığında uğurlar əldə edib. O sərt realistin tərəfdarı idi. Onun çəkdiyi filmlərin qəhrəmanı uğursuz insanlardır. Onun fimlərindəki qəhrəmanlar bu gündə dəyişməz olaraq qalırlar. Məhz bugünkü kinomuza da belə obrazlar lazımdır.
Məlumat üçün bildirək ki, Fondun foyesində kinorejissorun yaradıcılığından bəhs edən fotolar sərgilənib.
Qeyd edək ki, Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nun kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu-rejissor işləyib. Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı, respublikanın xalq artisti olub. O 2006-ci ildə Bakıda dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB