İyunun 14-də “Art Tover” rəsm qalereyasında gənc və həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılacaq. SİA-nın məlumatına görə, sərgi Mədəniyyət Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə reallaşacaq. Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri nümayiş olunacaq.
“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq və Azərbaycan rəssamlarını tanıtdırmaqdır.
Sərgi bir həftə ziyarətçilər üçün açıq elan ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB