Bu gün Müasir İncəsənət Mərkəzində "Leylinin rəngli dünyası -2" adlı sərgi təşkil olunub. SİA-nın xəbərinə görə, balaca rəssam Leyli Heydərlinin sərgisində 100-dən çox rəsm sərgisi təqdim olunub.
Sərgiyə gələnlər balaca istedadın əl işlərini maraqla izləyib, onun fəaliyyətinə uğurlar arzulayıblar. Tələbəsinin uğuruna sevinən müəllimə Sara Əfəndiyeva Leyli Heydərlinin digər tələbələri arasında seçilən olduğunu deyib.
O bildirib ki, Leylinin ən müsbət xüsusiyyəti tez qavramasıdır: "Leylinin ilk sərgisi 2014-cü ildə təşkil olunub. O zaman onun 50-yə yaxın əsəri sərgidə nümayiş olunub. Bugünkü sərgidə Leylinin təqdim etdiyi əl işləri artıq 100-ə ötüb. Bir müəllimə kimi buna sevinir Leyliyə böyük nailiyyətlər arzu edirəm".
İstedadlı balaca Leyli Heydərli isə 2 yaşından başlayaraq rəssamlıqla məşğul olduğunu deyib. İndiyə qədər 130-a yaxın rəsm çəkən balaca rəssamın ən böyük arzusu yüksək təhsil alaraq Azərbaycanı rəssam kimi ölkədən kənarda yüksək səviyyədə təmsil etməkdir.
Qeyd edək ki, Leyli Heydərli hazırda 6 saylı məktəb-liseyin 6-cı sinifində təhsil alır. Kiçik yaşlarından rəsmlər çəkməyə başlayan Leyli 2009-cu ildən Uşaq Rəsm Qalereyasında ilk rəsm dərslərini almağa başlayıb. Hazırda Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayında rənglərin gözəlliklərini öyrənməyə davam edir. İstedadlı balaca bir sıra müsabiqələrin diplomantı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB