10 nömrəli Uşaq Musiqi Məktəbi Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirib FOTOLAR

10 nömrəli Uşaq Musiqi Məktəbi Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirib FOTOLAR

Bakı şəhər Mədəniyyət Baş İdarəsi 10 nömrəli Uşaq Musiqi Məktəbi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, Bakının Maştağa qəsəbəsində keçirilən tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin mütəxəssisi Mehriban Qurbanova, 10 nömrəli məktəbin direktoru Qafar Nuriyev, Binə qəsəbəsindəki 24 nömrəli musiqi məktəbinin direktoru Samirə İsayeva, Buzovna qəsəbəsindəki 4 nömrəli musiqi məktəbinin direktoru Səadət Eminova, Maştağa qəsəbəsindəki Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzinin müdiri Tofiq Dadaşov, Azərbaycan Respublikasının əməkdar artisti İsmayıl Ələkbərov iştirak ediblər.

Tədbirin aparıcısı T.Mikayılzadə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkəmizin hər yerində tədbirlər keçirilir: “Belə tədbirlərdən biri də 10 nömrəli Musiqi Məktəbində keçirilir. Tədbirin proqramı çox zəngindir. Məktəbimizin şagirdlərinin ifasında səslənən musiqi nömrələri Vətənimizin, xalqımızın qəhrəman oğul və qızlarının tərənnümü ilə səciyyəvidir. Hesab edirəm ki, şagirdlər tamaşaçıların zövqünü oxşayan nümunələr ifa edəcəklər”.

Bundan sonra səhnə Musiqi Məktəbinin şagirdlərinin ixtiyarına verilib. Şagirdlər Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, T.Quliyevin, o cümlədən dünya şöhrətli xarici bəstəkarlardan F.Şopenin,V.Şainskinin,M.K.Oqinskiyin, A.S.Darqomıjskiyin əsərlərinə müraciət ediblər.

Tədbirin sonunda Bakı şəhər Mədəniyyət Baş İdarəsinin mütəxəssisi Mehriban Qurbanova çıxış edərək şagirdlərin ifasında səslənən musiqi nömrələrindən razı qaldığını bildirib və hamıya uğurlar arzulayıb

Bütün xəbərlər Facebook səhifəmizdə