4 nömrəli Uşaq İncəsənət Məktəbi "Yaşa, Azərbaycan! "adlı tədbir keçirib FOTOLAR
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli Uşaq İncəsənət Məktəbi H.Abbasov adına Mədəniyyət evində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş "Yaşa, Azərbaycan! "adlı tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova, musiqi-incəsənət məktəblərinin direktorları və başqa qonaqlar iştirak edib.
Təşkil edilmiş sərgidə rəsm sinfi şagirdlərinin 50-dən çox əl işi nümayiş olunub. Burada kiçik rəssamlar öz əsərlərində Azərbaycanın tarixini, təbiətini, mədəniyyətini məharətlə təsvir ediblər.
Mövzuya uyğun olaraq konsert proqramına yalnız Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Solo nömrələr, xor, xalq çalğı, nəfəs alətləri, nağaraçalanlar ansamblı və "Leyla" rəqs kollektivinin çıxışı gələn qonaqlar tərəfindən maraqla qarşılanıb.
Dirijor Elşad Cəfərovun rəhbərlik etdiyi Kamera orkestrinin müşayiəti ilə səslənən əsərlər konsertə xüsusi rəng qatıb. Balaca solistlər fortepiano, tar, kamança, nağara, klarnet kimi alətlərdə, gənc xanəndə klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərini orkestrin müşayiəti ilə peşəkarlıqla ifa ediblər.
Məktəbin direktoru Səadət Eminova qonaqlara təşəkkürünü bildirib, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə hamını təbrik edib və mədəniyyət evinin müdiri Tofiq Dadaşova yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB