Tanınmış kinorejissor, ssenarist, Xalq Artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən SİA-ya bildirilib ki, İttifaqın katibi, Xalq Artisti, professor Oqtay Mirqasımov Azərbaycan kinosuna verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə qurumun idarə heyətinin qərarına əsasən 2018-ci ilin “Milli Kino” mükafatına (mükafatı 2000 manat) layiq görülüb.
Mükafat yaxın günlərdə Xalq Artistinə təntənəli şəkildə təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB