“Türkdilli xalqların musiqi alətləri” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək
Dekabrın 16-17-də Bakıda "Türkdilli xalqların musiqi alətləri" mövzusunda Beynəlxalq Simpozium keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Simpoziumun əsas vəzifələri türkdilli xalqların musiqi alətlərini bir-biri ilə birləşdirən ümumi və fərqli əlamətlərin müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılması, bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi, yeni yanaşmalar və qiymətləndirmələr və ifaçılıq məsələlərinin müzakirəsi, yox olan alətlərin bərpası, mühafizəsi, etnoorqanologiya problemləri və pedaqogikadır.
Simpozium plenar və bölmə iclaslarından ibarət olacaq. Bölmələrin mövzuları simpoziumun proqramı hazırlanarkən formalaşdırılacaq. Simpoziumun rəsmi dilləri – Azərbaycan, ingilis və rus dilləridir. Simpozium başa çatdıqdan sonra məruzələrin məcmusunun nəşri nəzərdə tutulub.
Simpoziumda TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda Amerika, Avropa və Asiyanın bir sıra alim və filosoflarının iştirakı nəzərdə tutulur. Dəvət olunan qonaqların simpoziumun vəzifələri ilə bağlı məqalələrlə çıxış edəcəkləri nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) birgə təşkilatçılığı ilə həyata keçirilir.
Qeyd edək ki, simpoziumun işi və təqdim olunacaq məqalələrlə bağlı müvafiq məlumatı Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı – www.turksoy.org.tr) və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin (www.musicmuseum.az) elektron ünvanlarından da əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB