Müğənni Parisa Arsalani Səməd Vurğunun ev-muzeyində olub FOTOLAR
Azərbaycan xalq və bəstəkar mahnılarını xaricdə geniş təbliğ edən məşhur müğənni Parisa Arsalani Səməd Vurğunun ev-muzeyində olub. Muzeydən SİA-ya bildirilib ki, bu qurumun direktoru Nüşabə Vəkilova qonağa eksponatlar haqqında geniş məlumat verib. O, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1976-cı ildə yaradılmış muzeyin Azərbaycan mədəniyyətinin təbliğinə verdiyi töhfələrdən söz açıb. Dövlət tərəfindən Xalq Şairinə, onun irsinə və övladlarına xüsusi qayğı göstərildiyini, onların vaxtilə yaşayıb-yaratdıqları ocağın yenicə təmir edildiyini, muzeyə ümumxalq məhəbbəti olduğunu, buranın məktəbli və tələbələrin sevdiyi məkana çevrildiyini söyləyib.
Qonaq muzeydə mühafizə olunan səs yazıları, videogörüntülər, xatirə əşyaları, görkəmli Azərbaycan rəssamlarının çəkdikləri portretlər, şairin 70 illik yubileyinə toxunmuş xalça və maraqlı ekspozisiyalarla tanış olub.
P.Arsalani muzeylə tanışlığın onda xoş təəssürat yaratdığını söyləyib. O, Azərbaycanın üç böyük sənətkarının - xalq şairləri ata Səməd Vurğun, oğul Vaqif Səmədoğlu, oğul Xalq Yazıçısı Yusif Səmədoğlunun yaradıcılığı və şəxsiyyəti ilə tanışlıqdan məmnunluğunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB