Frederik Şopenin 200 illiyinə həsr olunan konsert keçiriləcək
Noyabr ayının 23-də, saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində dünya klassik musiqisinin görkəmli nümayəndəsi Frederik Şopenin 200 illiyinə həsr olunan konsert keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, konsert proqramında Polşadan gələn musiqiçilərlə yanaşı, Azərbaycan sənətçiləri də çıxış edəcək.
Gecədə Azərbaycanın xalq artisti, dünyaşöhrətli Alim Qasımov və qızı Fərqanə Qasımova çıxış edəcək. Xanəndələrdən sonra gecəni Polşanın "Prusinowski Trio"sunun ifası davam etdirəcək. Trionun ifasında Fridrik Şopenin əsərləri və Polşa milli musiqisi səslənəcək.
Məlumat üçün bildirək ki, konsert Polşanın Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.
Qeyd edək ki, klassik musiqi bəstəkarı olan Frederik Şopen 1810-cu ildə Polşada doğulub. Musiqiçi ailəsində dünyaya gələn Şopen artıq 5 yaşında pianoda ifa etməyə başlayıb. Onun məşhur "Vals do diyez minor", "Mazurka lya minor", "7 və 20-ci prelüdlər"i dünya musiqisinin inciləri hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB