Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrının səhnəsində “Məzəli Şalı” adlı konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, konsert Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Bəstəkar və xalq mahnılarımız, rəqslərimizlə yanaşı, dünya xalqlarının mahnı və rəqsləri konserti daha da rəngarəng edib.
Tamaşaçılar Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblından başqa, “Şəms” Uşaq Xoru və Uşaq Xor Kapellasının çıxışlarını da izləyiblər. Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevadır.
Yüzdən çox uşağın iştirakı ilə reallaşan konsert maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB