Milli Kitabxanada Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş sərgi açılıb

Milli Kitabxanada Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş sərgi açılıb

M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, unudulmaz şair Mikayıl Müşfiqin 110 illiyi münasibətilə sərgi açılıb. Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə nəşr olunan əsərləri, redaktoru olduğu, tərcümə etdiyi kitablar, habelə şair haqqında yazılmış nəşrlər və dövri mətbuat materialları yer alıb.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə