“Baku Summer Jazz Days” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu Elçin Şirinov və Macarıstanın “Andras Des Trio” qrupu konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, konsertdə müəllif kompozisiyaları və populyar caz-hitlər səsləndirilib.
Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alıb, çoxsaylı beynəlxalq festivallarda iştirak edib. O, müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edərək Azərbaycan mədəniyyətini dünyada təbliğ edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB