“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Reinkarnasiya – əbədi gənc, qədim şəhər” adlı yeni layihəsini təqdim edib. Qoruq İdarəsindən SİA-ya bildirilib ki, layihənin məqsədi İçərişəhərin tarixi abidələrinə, mədəniyyətinə, adət-ənənələrinə uşaqların gözü ilə baxmaq, uşaqların özünəməxsus sevgiləri ilə qədim şəhərin ruhunu duymaq və ona yeni həyat verməkdir.
Xatırladaq ki, layihə “Reinkarnasiya - tanımadığınız İçərişəhər”in davamıdır. Layihədə “DA-ART” Təsviri İncəsənət Mərkəzinin uşaqları iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB