Bu gün dahi rus şairi A.S.Puşkinin anadan olmasının 219-cu ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və "Sodrujestvo" cəmiyyətinin birgə təşkilatçılığı böyük rus şairinin abidəsi önündə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə öncə şəhərimizin mərkəzində A.S.Puşkinin Uu Öndər Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önünə tədbir iştirakçıları adından gül dəstələri qoyulub.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova, Rusiya Səfirliyinin nümayəndəsi Arten Barkov, "Sodrujestvo" cəmiyyətinin sədri Tatyana Kərimova, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin ali və orta məktəblərinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Mərasimi giriş sözü ilə "Sodrujestvo" cəmiyyətinin sədri Tatyana Kərimova açıb. O, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.
Tədbirdə söz alan Rusiya Səfirliyinin nümayəndəsi Arten Barkov Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirib: "Rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkinin təkcə təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir".
Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açıb:"A.S.Puşkinin çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub. Bu tərcümələrin A.S.Puşkinin Azərbaycanda sevilməsində böyük rolu olub".
Tədbirdə Səbail rayon orta məktəblilərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış edib. Ölməz şairin şeirləri Azərbaycan, rus, alman, fransız və ingilis dillərində səslənmiş, məktəblilərin A.S.Puşkinin nağıllarından səhnəciklər göstəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB