Beynəlxalq Ankara Teatr Festivalında Azərbaycan da təmsil olunacaq

Beynəlxalq Ankara Teatr Festivalında Azərbaycan da təmsil olunacaq

Noyabrın 26-da Ankarada Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "İctimai Araşdırmalar Mədəniyyət və Sənət Vəqfi"nin təşkilatçılığı ilə XV Beynəlxalq Ankara Teatr Festivalı keçiriləcəkdir.

SİA-nın xəbərinə görə, dövlət, bələdiyyə, universitet, uşaq və özəl teatr kollektivlərinin təmsil olunduğu festivalda Türkiyənin 51 teatr truppası ilə yanaşı Şimali Kipr, Rusiya, Xorvatiya, Kosova, İran və Azərbaycandan da kollektivlər iştirak edəcəklər. Tamaşalar Türkiyənin dövlət, bələdiyyə və özəl teatrlarının səhnələrində göstəriləcəkdir. Bu il 2 min nəfər tamaşalara pulsuz baxa biləcəkdir.

Festivalda Azərbaycanı Dövlət Kukla Teatrının yaradıcı kollektivi təmsil edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə