“Don Kixot”u Böyük Teatrın aparıcı solistləri oynayacaq- FOTO

“Don Kixot”u Böyük Teatrın aparıcı solistləri oynayacaq- FOTO
Noyabrın 27-də, saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Lidviq Minkusun 3 pərdəli baleti olan "Don Kixot" tamaşası teatrsevərlərin ixtiyarına veriləcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tamaşada Böyük Teatrın aparıcı solistləri çıxış edəcək. Bunlar qızıl medal sahibi, Balet artistlərinin Beynəlxalq Moskva müsabiqəsinin (2005) mükafatçısı Çinarə Əlizadə və Böyük Teatrın premyeri, qızıl medal sahibi, Balet artistlərinin Beynəlxalq "Vaganova-prix" müsabiqəsinin (2002) mükafatçısı, Sankt-Peterburqun "Qızıl sofit" yüksək teatr mükafatının sahibi (2008) Mixail Lobuxindir.

Bütün xəbərlər Facebook səhifəmizdə