Mikayıl Müşfiqə həsr olunmuş “Əbədiyyat nəğməsi” adlı poeziya günü FOTOLAR
Azərbaycan Respublika Prezidenti İlham Əliyevin mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında imzalanmış Sərəncamını əsas tutaraq, 5 iyun 2018-ci il tarixində Yasamal rayonu İcra Hakimiyyətinin, Mədəniyyətsünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, C.Cabbarlı Mədəniyyət Fondunun və Müşfiqsevər ziyalılarının birgə təşkilatçılığı ilə nakam şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş “Əbədiyyat nəğməsi” adlı poeziya günü keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən tədbirdə Təbliğat və informasiya təminatı şöbəsinin M.Müşfiq və C.Cabbarlı mükafatı laureatı Sənan Talıbov, əməkdaşları İrina Özçoban, Cavid Guliyev, Aslan Qasımov və Ağamusa Hüseynov iştirak ediblər.
Tədbiri şair Müşfiq Cabiroğlu acaraq Mikayıl Müşfiqin həyat və yaradıcılığından bəhs etmişdir. Sonra sözü Yasamal rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradovaya verib. T.Muradova iştirakçıları salamlayıb belə gözəl bayramın təşkili üçün İcra başçısı Əziz Əzizova öz təşəkürlərini bildirib.
Tədbirdə C.Cabbarlı Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov, “Qafqaz Media” İB-nin sədri Aydan Abdullayeva, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, şair Vahab İsmayılzadə, alim Firudin Qurbansoy, “Zirvə” birliyinin sədri, rəssam Minayə Feyzullayeva, M.Müşfiq adına 18 saylı tam orta məktəbinin müəllim və şagird heyəti, aktyor Nurəddin Mehdixanlı, müğənni Rəşad İlyasov və digər ictimai və incəsənət xadimləri iştirak etmişlər. Çıxış edənlər Müşfiq poeziyasının tükənməz çeşməsindən bir birindən gözəl əsərlərini dinləndirərək poeziya gününə rəng qatıblar.
Yubilyey tədbiri Müşfiqin ata ocağında, Xızı rayonu Sayadlı kəndində davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB