“Məhərrəm Qasımlı. Ömür yolu və biblioqrafiya”

“Məhərrəm Qasımlı. Ömür yolu və biblioqrafiya”

“Görkəmli elm adamları” silsiləsindən “Məhərrəm Qasımlı. Ömür yolu və biblioqrafiya” adlı kitab çap olunaraq oxucuların ixtiyarına verilib.

Azərbaycan Aşıqlar Birliyindən (AAB) SİA-ya bildirilib ki, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, professor, AAB-nin sədri Məhərrəm Qasımlının anadan olmasının 60 illik yubileyi ilə bağlı hazırlanan bu avtobioqrafik əsər görkəmli ziyalı, alim və şairin uzun illər boyu elmi və ədəbi-bədii fəaliyyətinin mühüm bir qismini əhatə edir.

Kitabda Məhərrəm Qasımlının – Orxan Paşanın ana dilimizlə yanaşı müxtəlif ölkə və dillərdə nəşr olunan əsərləri haqqında məlumatlar da yer alıb. Kitab bütövlükdə 13 bölmədən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə