Cəbrayıl şəhər Uşaq Musiq Məktəbi Cümhuriyyətin 100 illiyinə həsr edilmiş tədbir keçirib FOTOLAR

Cəbrayıl şəhər Uşaq Musiq Məktəbi Cümhuriyyətin 100 illiyinə həsr edilmiş tədbir keçirib FOTOLAR

Cəbrayıl şəhər Uşaq Musiq Məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə məktəbin direktoru Vusal Zamanov çıxış edib.

Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yola həsr olunmuş slayd nümayiş etdirilib.

Vusal Zamanov çıxışında qeyd edib ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olub: "100 il bundan öncə Azərbaycanın müstəqilliyini şərtləndirən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Höküməti, dövlət aparatı təşkil edildi. Ölkənin sərhədləri müəyyənləşdirildi. Bayrağı, Himni, Gerbi yaradıldı, ana dili dövlət dili elan edildi. Ölkənin ərazi bütövlüyü, milli təhlükəsizliyi təmin edildi. Maarifin və mədəniyyətin inkişafına xususi diqqət yetirildi. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun müstəqilik ideyası unudulmadı. 1990-cı ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını gösdərdi. Xalq Cümhuriyyətinin siyasi mənəvi varisi olmaqla onun üçrəgli Bayrağını, Gerbini, Himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 may gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir".

Şagirdlərinin ifasında səslənən musiqi nümunələri işğal altında qalan Cəbrayıl rayonunun ölkəmizin müxtəlif guşələrinə səpələnmiş sakinlərinin sabaha olan böyük ümidlərinin artdığına bir işarə idi. Çıxış edənlər Cəbrayıl Şəhər Uşaq Musiqi məktəbinin kiçik kollektivi olaraq bu bayrama öz tohvəmizi vermək isdədiklərini bildiriblər.

Məktəbin şagirdlərindən - I sinif şagirdi Yunis İsayev (Qarabağ, sözləri və musiqisi Bəhram Nəsirov), I sinif şagirdi Hidayyət İsmayılov (Azərbaycan – Tarda), III sinif şagirdi Samir Ağayev (Vətən yaxşıdır, musiqisi və sözləri Əlibaba Məmmədov), II sinif şagirdi Qəmər Mirzəyeva (Bəxtiyar Vahabzadə, Azərbaycan), Eldar Əliyev, Nicat Əliyev, Fəridə Məmmədova (Azərbaycan, musiqisi Ələkbər Tağıyev, sözləri Səməd Vurğun), II sinif şagirdi Ceyhun Orucov (Bayatı-kürd muğamı, tar), IV sinif şagirdi Nurlan Səfərov (Şur təsnifi, Naçar gedər), II sinif şagirdi Qəmər Mirzəyeva (Mehriban olaq), IV sinif şagirdi Nicat Əliyev (Azərbaycan oğluyam, musiqisi Ələkbər Tağıyev, sözləri Hafiz Baxış), II sinif şagirdi Eldar Əliyev (Seygah təsnifi), I sinif şagirdi Rəvan Muradov (Azərbaycan ritimləri, nağara), II sinif şagirdi Yəhya Mustafalı (İfa), məktəbin müəllmləri tarda Ramil Əliyev, qarmonda Cəlal Məmmədov, nağarada Cavad Verdiyev (Şüştər rəngi) və məktəbin xor kollektivinin ifasında bir-birindən rəngarəng musiqi nömrələri təqdim olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 iliyinə həsr olunmuş bayram tədbirimiz sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə