“Turizm və qonaqpərvərlik tədqiqatları”

“Turizm və qonaqpərvərlik tədqiqatları”

Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının birinci sayı və xüsusi buraxılışı çapdan çıxıb. SİA-nın məlumatına görə, jurnala daxil edilən məqalələrdə turizm və mədəniyyət sahələrinin əməkdaşlıq perspektivləri, ali təhsil müəssisələrində təhsilin keyfiyyəti təminatı, ali təhsil ocaqları ilə müəssisələr arasında qarşılıqlı əlaqələrin qurulmasının səciyyəvi xüsusiyyətləri, Azərbaycan Respublikasında turizm - rekreasiya bazarının dövlət tərəfindən tənzimlənməsi və dəstəklənməsi, Azərbaycanda nağdsız hesablaşmaların tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dağlıq Qarabağ problemi, kütləvi informasiya və kommunikasiya vasitələrinin beynəlxalq münasibətlər sistemində yeri və rolu araşdırılıb və tədqiqat nəticələri təhlil edilib. Universitetinin əsas nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının eyni zamanda magistr tədqiqatlarına həsr olunan “Xüsusi buraxılış”ı çapdan çıxıb. Xüsusi buraxılışda Naxçıvan Muxtar Respublikasında dağ-kurort turizminin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, Azərbaycanda mehmanxana sənayesinin inkişafı, Şəki-Zaqatala regionunda milli irs nümunələrinin qorunması və mədəni turizmin inkişaf istiqamətləri, Azərbaycanda turist marşrutlarının nəzəri əsasları, Dini turizm müəssisələrinin struktur xüsusiyyətləri, Mehmanxana sənayesində dəyər yaratma və müştəri məmnuniyyəti hissi üzrə araşdırma, İnvestisiya layihəsinin risk-menecmentinin təşkili və mərhələlərinin tədqiqinə həsr olunan araşdırma nəticələri yer alıb.

Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış ola və ya rəsmi saytından elektron versiyanı əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə