Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Q.Abbasov adına Mədəniyyət Sarayı “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda 1iyun -Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirib. SİA-nın məlumatına görə, aparıcı Bəhiyyə Nağıyeva tədbiri açaraq, gələn qonaqları salamlayıb və uşaqları bayram münasibəti ilə təbrik edib.
Tanınmış estrada müğənniləri Lelya Ramazanlı, Rəqsanə Əsədova, Leyla Hikmət, Taleh Orucovun ifaları uşaqlara bol sevinc bəxş edib.
Həmçinin 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin və 2 saylı Uşaq evinin yetirmələrinin çıxışları, rəqqasların "Sarı gəlin" rəqsi tədbirə xüsusi rəng qatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB