Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunan elmi konfrans keçirilib - FOTO

Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunan elmi konfrans keçirilib - FOTO
Azərbycan Bəstəkarlar İttifaqında "Ü.Hacıbəyli: Şərqin muğam-məqam sistemləri müqayisəli təhlildə" mövzusunda elmi-kofrans keçirilib. SİA-nın məlumatına görə, tədbiri açan ittifaqın sədri xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir bəyin yaradıcılığında muğamın rolundan danışıb.

Daha sonra isə sənətşünaslıq doktoru, professor Zemfira Səfərova "Səfiəddin Urməvinin (XIII əsr) və Üzeyir Hacıbəylinin (XX əsr) risalələrində bəzi lad problemlərinin müqayisəli təhlili", sənətşünaslıq namizədi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Cəmilə Həsənova isə "Azərbaycan musiqisində ladların qarşılıqlı əlaqələrinin tədqiqi məsələləri" haqqında öz dəyərli fikirlərini bildiriblər.

Sənətşünaslıq namizədi, dosent Sürəyya Ağayeva "Üzeyir Hacıbəyli və Azərbaycan muğamlarının səs sistemi məsələsi", sənətşünaslıq namizədi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Elmira Pənahova "Yaxın və Orta Şərqin musiqi sistemlərində lad strukturlarının qarşılıqlı müqayisəsi" barədə ətraflı məlumat verərək konfrans iştirakçılarının marağına səbəb olub.

Konfransın davamında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Ariz Abduləliyev "Şərq xalqlarının musiqisində Bayatı məqamı (makamı):tarixi mifologiyası və paralel strukturları" mövzusunda məruzə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə