Qoruq İdarəsi “Nağara şou” adlı yeni layihəyə başlayıb

Qoruq İdarəsi “Nağara şou” adlı yeni layihəyə başlayıb

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yeni layihəyə başlayıb. Qoruq İdarəsindən SİA-ya bildirilib ki, “Nağara şou” adlanan yeni layihə iyunun 1-dən oktyabrın 28-dək davam edəcək. Layihə çərçivəsində hər həftənin şənbə günü Qoşa Qala meydanında saat 18:00-da, Qız Qalası meydanında isə saat 19:00-da milli musiqi nömrələri təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə