Hacıməmməd Qafqazlının xatirəsi anılıb FOTOLAR

Hacıməmməd Qafqazlının xatirəsi anılıb FOTOLAR

Azərbaycan Teatr Xadimləri İttifaqında Əməkdar Artist Hacıməmməd Qafqazlının 120 illiyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə sənətkarın ömür yolundan bəhs edən videoçarx nümayiş edilib. Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov, Rafiq Əzimov və Xalq Şairi Sabir Rüstəmxanlı çıxış edərək sənətkarın mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıb, həyat və yaradıcılığı haqqında məlumat veriblər.

Diqqətə çatdırılıb ki, aktyor teatr səhnəsində 200-dək maraqlı və yaddaşlarda dərin iz buraxan obrazlar qalereyası yaradıb. O, eyni zamanda, “Bir məhəllədən iki nəfər”, “Yeddi oğul istərəm”, “Şərikli çörək” və digər filmlərdə ifa etdiyi rollarla tamaşaçıların sevgisini qazanıb. Aktyorun son ekran işi “Mosfilm”in istehsal etdiyi “Tehran-43” filmi olub.

Qeyd edək ki, Hacıməmməd Qafqazlı 1982-ci ilin sentyabrında dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə