Heydər Əliyev Sarayının təşkilatçılığı ilə növbəti xeyriyyə konserti keçirilib- FOTOSLAYD

Noyabrın 18-də Heydər Əliyev adına Saray növbəti xeyriyyə konsertini həyata keçirib. Bu barədə SİA-ya sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə məlumat verib. O bildirib ki, xeyriyyə konserti Maştağa qəsəbəsində yerləşən 21 saylı "Təbəssüm" uşaq sanatoriyasında baş tutub.

Xeyriyyə tədbirində gənc və istedadlı ifaçılar- Məryəm Şabanova, Əkbər Məhəmməddivan, aşıq Aqşin Abbasov və "JAM SS" rəqs qrupu iştirak ediblər.

Məlumat üçün bildirək ki, müğənnilər- Məryəm Şabanova və Əkbər Məhəmməddivan öz populyar mahnıları ilə yanaşı, xalq və estrada mahnıları, Aqşin Abbasov sazda ifası, "JAM SS" qrupu isə milli rəqsləri ilə uşaqları sevindiriblər.

Qeyd edək ki, xeyriyyə konserti Heydər Əliyev adına Sarayın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə