Leopold və Mstislav Rostropoviçin ev-muzeyində Rusiyanın Xarici İşlər Nazirliyinin diplomatik korpusunun bir qrup əməkdaşının iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə əvvəlcə muzeyin direktoru Şeyla Heydərova qonaqlara rəhbəri olduğu qurum haqqında məlumat verib. Görkəmli bəstəkar Mstislav Rostropoviçin cəmiyyətin azad və müstəqil olmasının tərəfdarı olduğunu qeyd edən muzeyin direktoru söyləyib ki, maestro mütəmadi olaraq Bakıda konsert verib, ustad dərsləri keçib.
Sonra tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə muzeyin birgə hazırladığı konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.
Tədbir maestro Rostropoviçin vaxtı ilə dediyi sözlərlə yekunlaşıb: “Heydər Əliyev məni Azərbaycana qaytardı, Azərbaycanı isə mənim qəlbimə Vətənim kimi qaytardı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB