Azərbaycan yazıçılarının macar dilində üçcildli müasir Azərbaycan toplusunun təqdimatı keçirilib
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan yazıçılarının macar dilində nəşr olunan üçcildli müasir Azərbaycan toplusunun təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar, AYB-nin katibi Çingiz Abdullayev, AYB-nin üzvü Rəşad Məcid və başqları iştirak edib.
tədbirdə ilk olaraq çıxış edən Ç. Abdullayev bildirib ki, bu gün üçcildli müasir Azərbaycan ədəbiyyatı toplusu macar oxucusuna təqdim edilir: "Biz müasir Azərbaycan ədəbiyyatının tam spektrini göstərmək vəzivəsini qarşımıza məqsəd qoymamışıq- bunun üçün çoxcildliklər lazım gələrdi. Biz həmin üçcildlik üçün material seçərkən əsaslandığımız fikirləri oxucularla bölüşmək istəyirik".
Daha xalq yazıçısı Anar vurğulyaıb ki, bu özəl hadiədir ki, Azərbaycan yazıçılarının əsərləri macar dilində nəşr olunur: "Sevindirici haldır ki, bu kitabda əsərləri yer alan yazıçıların əksəriyyəti gənclərdən ibarətdir. Bu işdə əziyyəti olan Azərbaycan- Macarıstan Dostluq cəmiyyətinin üzvlərinə, türkşünaslara öz təşəkkürümü bildirirəm".
Kitabların macar dilində çıxmasına səbəbkar olan Azərbaycan- Macarıstan Dostluq cəmiyyətinin sədri Svetlana Abdullayeva isə qeyd edib ki, ikidilli toplu macar oxucusuna ilk dəfədir təqdim olunur: "Biz buraya Azərbaycan dilində orijinalda olan əsərləri və paralel olaraq onların macar dilindəki tərcümələrini daxil etmişik. Həmin üçcildliyə daxil olan toplulardan biri Günel Anarqızının eyniadlı hekayəsi olan "Ağac" adlı topludur. Bu topluya Macarıstanda ilk dəfə nəşr olunan 6 müəllifin əsərləri daxil edilib. Bunlar 80-90-cı illərdə yazmağa başlayan, həm Azərbaycanda, həm də ondan kənarda tanınan, əsərləri digər dillərə tərcümə olunan yazıçılar- Günel Anarqızı, İlqar Fəhmi, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Yaşar, Rəşid Məciddir".
Qeyd edək ki, bu layihə Diasporla İş üzrə Dövlət Komitəsinin göstərdiyi maddi yardımı nəticəsində həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB