Xətai Sənət Mərkəzində “Qızıl ay” rəsm dərnəyi üzvlərinin əl işlərinin nümayiş olunduğu “Azad Azərbaycanım” adlı sərgi açılıb. Mərkəzdən SİA-ya bildirilib ki, sərgi Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşıb.
Sərginin məqsədi uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularını inkişaf etdirmək, əhatə olunmuş mühitə münasibət və doğma elə, Vətənə, onun tarixinə, bu gününə məhəbbət aşılamaqdır.
Sərgidə 40-dan çox məktəblinin əsərləri təqdim olunub. Sonda qaliblər üç nominasiya üzrə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB