Azərbaycanlı aktyor beynəlxalq festivalın diplomuna layiq görülüb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Şövqi Hüseynov Tatarıstanın Buinsk şəhərində keçirilən “Bua: dialoq məkanı” adlı II Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib.
Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, aktyor festivalda N.V.Qoqolun “Dəlinin qeydləri” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşanı təqdim edib. Tamaşa həm festival təşkilatçıları, həm də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Aktyor festivalda uğurlu çıxışına görə diplomla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB