Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi belə qeyd olundu FOTOLAR

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi belə qeyd olundu FOTOLAR

Abdulla Şaiq adına Dövlət Kukla Teatrında müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Ey şanlı Azərbaycan!” adlı konsert keçirilib.

Teatrın Dənizkənarı Bulvar İdarəsi ilə birgə təşkil etdiyi konsertdə studiya fəallarının ifasında rəngarəng əyləncəli proqramı və səhnəciklər nümayiş etdirilib.

Konsert proqramında Əməkdar Artist Firuzə İbadovanın balaca yetirmələrə öyrətdiyi xalq və bəstəkar mahnıları səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə