İyunun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının repertuarından Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında “Kimdir müqəssir?!” tamaşası nümayiş olunacaq.
İdarədən SİA-ya bildiriblər ki, rejissor E. Zeynallının quruluş verdiyi tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.
Tamaşada rolları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əliqulu Səmədov və başqaları ifa edirlər.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.
Tamaşaya ictimai baxış bu günlərdə Bakıdakı 91 nömrəli orta məktəbdə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB