Almaniyada Türk-Azərbaycan dostluq gecəsi keçirilib

Almaniyada Türk-Azərbaycan dostluq gecəsi keçirilib
Berlin şəhərinin "Gloria" konsert zalında "Almaniya Azərbaycan Evinin" təşəbbüsü və təşkilatı dəstəyi ilə Türk-Azərbaycan dostluq gecəsi keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Tədbirdə Berlinin Azərbaycan, türk və yəhudi icmalarının nümayəndələri, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları və onların ailə üzvlərindən ibarət 400-dən çox qonaq iştirak edib.

Azərbaycannın Almaniyadakı səfirliyinin I katibi Fikrət Axundov və Avropa Azərbaycanlıları Konqresinin fəxri Prezidenti Bahattin Kaya giriş sözü ilə çıxış edərək qonaqlara, tədbir təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər və onları Qurban bayramı münasibətilə təbrik ediblər.

Daha sonra Azərbaycan və türk millətlərinin birliyi və dostluqlarının sarsılmazlığı barədə Azərbaycan və Türkiyənin ümummilli liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürkdən sitatlar gətirilərək, Azərbaycan və türk şairlərinin şerlərindən parçalar səslənib.

Tədbirin sonunda qonaqlar, gecənin təşkilinə görə "Almaniya Azərbaycan Evinin" idarə heyətinin sədri Tofiq Qarayevə və bu cəmiyyətin üzvlərindən biri Gunel Qarayevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, keçirilən tədbir yerli türkdilli KİV arasında böyük əks-sədaya səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə