ATMU əməkdaşları Rumıniyada keçirilən “Beynəlxalq həftə”də

ATMU əməkdaşları Rumıniyada keçirilən “Beynəlxalq həftə”də

May ayının ikinci ongünlüyündə Rumıniya Respublikasının İaşi şəhərindəki Alexandru İoan Cuza Universitetində Avropa Birliyinin ERASMUS + təhsil proqramı çərçivəsində “Beynəlxalq həftə” keçirilib. Beynəlxalq tədbirdə dünyanın 16 ölkəsini təmsil edən müxtəlif ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə mümkün əməkdaşlıq imkanları müzakirə olunub. ATMU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, adıçəkilən təhsil proqramında ölkəmizi Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin tyutoru Mina Bağırova və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Sevinc Mehdiyeva təmsil ediblər.

“Beynəlxalq həftə”nin ilk iş günündə əməkdaşlarımız ali təhsil müəssisəsinin strateji hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Xəbərdə daha sonra qeyd olunur ki, ilkin danışıqların nəticəsinə görə ATMU-nun beynəlxalq əlaqələr müstəvisində Yaponiya, ABŞ, Vyetnam, Mərakeş, Belarus, Ukrayna və digər ölkələrlə planlaşdırılan əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi və səmərəli fəaliyyəti təkzib olunmazdır. Tədbirin gündəliyinə uyğun olaraq S.Mehdiyeva və M.Bağırova Alexandru İoan Cuza universitetində mübadilə semestrində təhsil alan ERASMUS + tələbələrinin yaşayış və təhsil şəraiti ilə yaxından tanış olublar. ATMU-nun nümayəndəsi Mina Bağırova “Beynəlxalq həftə” ərzində tərəfdaş universitetin turizm fakultəsinin bakalavr pilləsində təhsil alan tələbələrə inglis dilində ”Qış turizmi” və “Ekoturizm” fənləri üzrə mühazirə saatlarında moderator kimi çıxış edib.

“Beynəlxalq həftə”adlı tədbir proqramı çərçivəsində təşkil olunan mədəniyyət sərgisində ATMU-nun nümayəndələri və Alexandru İoan Cuza universitetində Erasmus+ proqramı çərçivəsində təhsil alan maqistr tələbəmiz Ülviyyə Hüseynova Azərbaycanı və Azərbaycan Turizm və Menecment Universitetini layiqincə təmsil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə