Çindən gəlmiş ustalar Bakıda milli mətbəx nümunələri təqdim ediblər FOTO

Çindən gəlmiş ustalar Bakıda milli mətbəx nümunələri təqdim ediblər FOTO

12 nömrəli Bakı Peşə Liseyində Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA və Konfutsi İnstitutunun təşkilatçılığı ilə çinli aşpazların usta sinifləri təşkil olunub.

SİA-nın məlumatına görə, AMKA-nın prezidenti, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov tədbirin əhəmiyyətindən söz açıb. Deyib ki, məqsəd Çin mətbəxinin öyrənilməsi, azərbaycanlı mütəxəssislərlə onların əlaqələrinin qurulmasına təkan verməkdən ibarətdir.

Tədbirdə Çin və Azərbaycan mədəniyyəti nümunələri, mahnı və şeirlər səsləndirilib. Çin mətbəxinə həsr edilmiş film nümayiş olunub.

Sonda Çindən gəlmiş ustalar- Li Çan Jon, Can Min, Fan Jia Xao və Çen Çian Qiu milli mətbəx nümunələri hazırlayıblar.

Tədbirdə fərqlənən ustalara AMKA-nın diplom və hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə