MEK əməkdaşları Qubadakı soyqırımı məzarlığını ziyarət edib FOTOLAR
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində Quba rayonunda yerləşən soyqırımı məzarlığını ziyarət ediblər.
SİA-nın məlumatına görə, MEK əməkdaşları Quba Soyqırımı memorial abidəsinin önündə faciə qurbanlarının xatirəsini yad edib, onların günahsız ruhlarına Allahdan rəhmət diləyiblər. Hadisə haqqında fikirlərini bölüşən MEK əməkdaşları 1918-ci ildə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş silsilə soyqırımları milli yaddaşımızın acısı adlandırıblar. Bu faciələr bir daha yaşanmasın deyə, tariximizin son 2 əsri üçün xarakterik olan hadisələrdən düzgün nəticə çıxarmağın, fərd kimi, vətəndaş kimi zamanın öhdəmizə qoyduğu vəzifələrin təxirəsalınmadan yerinə yetirməyin vacibliyi vurğulanıb.
Məlumat üçün bildirək ki, 1918-ci il soyqırımı hadisələrinin tarixiləşdirilməsi istiqamətində MEK-də müxtəlif səpkidə işlər görülüb. Bu məqsədlə “31 Mart soyqırımı”na həsr olunmuş sərgi təşkil edilmiş, kitabxana fondlarında soyqırımına aid olan bütün sənədlər elektron kataloqa salınaraq MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş, sosial şəbəkələrdə və www.mek.az saytında vaxtaşırı bu mövzuda materiallar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB