Misirin böyük alimi, uşaq yazarı, 400-dən çox kitabın müəllifi, professor Yaqub Əl Şaruni ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görüş keçirilib.
SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açaraq qonaqları salamlayıb və bu görüşdən məmnunluq duyduğunu vurğulayıb. Tədbirdə iştirak edən Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaq haqqında geniş məlumat verib. Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydibu görüşün Misir Azərbaycan əlaqələrinin önəmindən danışaraq qeyd edib ki, iki ölkə arasında dostluq və mədəni əlaqələri möhkəmləndirmək üçün qarşılıqlı tədbirlərin keçirilməsi çox önəmlidir. Görüş Bakı Dövlət Univerisitetinin tələbələrinin və kitabxananın əməkdaşlarının müəlliflə diskussiya şəraitində davam edib.
Sonda kitabxananın direktoru T. Sadıqov qonağa kitabxana haqqında ətraflı məlumat verib. Qonaqlar kitabxana ilə yaxından tanış olub, kitabxanada fəaliyyət göstərən bütün şöbələrin işi ilə maraqlandılar. Professor Yaqub Əl Şaruni bu görüşdən məmnunluq duyduğunu xüsusi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB