Batumi Dövlət Universitetinin əməkdaşları MEK-i ziyarət ediblər FOTOLAR
Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetinin (BDU) əməkdaşları – universitetin Slavyan Tədqiqatları şöbəsinin professoru Marina Aroşidze və Şərqşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru Emzar Makaradze AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.
SİA-nın məlumatına görə, müşahidəyə kitabxananın qeydiyyat prosesindən başlayan ziyarətçilər Sərgi salonunda “Heydər Əliyev - 95”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “İlham Əliyev”, “Xocalı soyqırımı”, “31 Mart soyqırımı” mövzusunda nümayiş etdirilən sərgilərlə, eləcə də Oxu zalları, Nadir kitab fondu, Dövri mətbuat fondu, Yardımçı fondlar, Diplomatik Fondda mühafizə olunan Azərbaycan və dünya mədəniyyətini, tarixini əks etdirən sənədlərlə tanış olublar. Ziyarətçiləri Fondların formalaşdırılması bölməsinin əməkdaşları - Gülnar Məmmədova və Xədicə Ağayeva müşayiət edib.
Sonra qonaqlar Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova ilə görüşüblər. L.İmanova kitabxananın tarixi, fəaliyyəti, strukturu, yenilənmiş iş prinsipləri haqqında ümumi məlumat verib. Maraqlı ekskursiyaya və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirən Gürcüstanlı qonaqlar sonda xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri, ali təhsil, elm müəssisələrinin əməkdaşları tərəfindən Mərkəzi Elmi Kitabxanaya belə ekskursiyalar üçün tez-tez müraciətlər olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB